← Bütün standartlar
1.1.4.

Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması

Tələb olunan sənədlər

- notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”
- nümayəndəliyin və ya filialın yaradılması, rəhbərinin təyin edilməsi və əsasnamənin təsdiq edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici kommersiya hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməklə)
- nümayəndəliyi və ya filialı yaradan xarici kommersiya hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (2 nüsxədə)
- nümayəndəliyin və ya filialın təsisçisi olan xarici hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)
- nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən nümayəndəliyin və ya filialın idarə edilməsi üçün rəhbərə verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)
- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) (“ASAN Xidmət” mərkəzlərində quraşdırılmış Asan Pay ödəniş terminalları vasitəsilə ödənildikdə qəbzin təqdim edilməsi tələb olunmur)
- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti
- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)
- xarici bankların və sığorta şirkətlərinin nümayəndəlikləri və ya filialları yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd

əlavə olaraq təqdim edilə bilər:
- “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə”

Normativ hüquqi əsaslar

- VM-nin 33-34-cü maddələri
- MM-nin 43-113-cü maddələri
- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun
- “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri
- DVX-nin 04.04.2022-ci il tarixli 2217040100297300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”
- VN-nin “Kommersiya qurumlarının dövlət qeydiyyatı üzrə səlahiyyətlərin dəqiqləşdirilməsi barədə” 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli və 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer və ya platforma

Bakı və Naxçıvan şəhərlərində yerləşən “ASAN Xidmət” mərkəzləri

Müraciəti qəbul edən struktur bölmə

MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Naxçıvan MR DVX-nin Aparatının Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu şöbəsi

İcra müddəti

2 iş günü

Nəticədə təqdim edilən sənədlər

- Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə
- əsasnamənin bir nüsxəsi
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarış

(elektron kabinetə göndərilir)

Elektronlaşdırma səviyyəsi

-