← Bütün standartlar
1.2.5-e-m.

Fiziki şəxslərin uçota alınması

Tələb olunan sənədlər

- Gücləndirilmiş elektron imza (İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə)
- Asan İmza (İN-nin Çağrı Mərkəzi (195) vasitəsilə həyata keçirildikdə)

Normativ hüquqi əsaslar

- VM-nin 33, 34-cü maddələri
- “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun
- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.4-cü bəndi
- VN Kollegiyasının 27.01.2017-ci il tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçota alınması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer və ya platforma

İnternet Vergi İdarəsi ( www.new.e-taxes.gov.az), İN-nin Çağrı Mərkəzi (195)

Müraciəti qəbul edən struktur bölmə

DVX-nin Aparatının Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi, İN-nin Çağrı Mərkəzi (195)

İcra müddəti

dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla) VM-nin 33.4-cü maddəsi ilə faktiki ünvan üzrə uçota alınan fiziki şəxslərə münasibətdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatının başçılarına münasibətdə 1 gün

Nəticədə təqdim edilən sənədlər

- Fiziki şəxsin uçotu haqqında şəhadətnamə

(elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)

Elektronlaşdırma səviyyəsi

İnternet Vergi İdarəsi Portalı vasitəsilə - tam elektronlaşıb
İN-nin Çağrı Mərkəzi (195) vasitəsilə - qismən elektronlaşıb
(media subyektləri istisna olmaqla)

Rəsmi keçid (URL)

Rəsmi keçidə bax ↗