← Bütün standartlar
1.2.8.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması

Tələb olunan sənədlər

- “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə”

- təsərrüfat subyektinin (obyektinin) ünvanını təsdiq edən aşağıdakı hallara uyğun sənədlərdən birinin surəti əlavə edilir:
1. Mülkiyyət hüququnu təsdiq edən sənəd:
1.1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
1.2. 2006-cı il iyulun 6-dək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar (notarial qaydada təsdiq edilmiş surətləri);
1.3. 2006-cı il iyulun 6-dək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqəsi (şəhadətnamə) (notarial qaydada təsdiq edilmiş surətləri);
1.4. Mənzil Məcəlləsi qüvvəyə minənədək mənzilə verilmiş order (notarial qaydada təsdiq edilmiş surətləri);
1.5. əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan digər sənədlər (notarial qaydada təsdiq edilmiş surətləri).
2. Vərəsəlik şəhadətnaməsi və ya vərəsə təyin olunma barədə müvafiq notariusun sənədi (notarial qaydada təsdiq edilmiş surətləri).
3. İcarə və ya subicarə müqaviləsi (müqavilələr notarial qaydada təsdiq edilmiş və ya mülkiyyətçi tərəfindən gücləndirilmiş imza ilə imzalanmış formada təqdim edilməlidir);
4. Birgə fəaliyyət müqaviləsi (müqavilələr notarial qaydada təsdiq edilmiş və ya mülkiyyətçi tərəfindən gücləndirilmiş imza ilə imzalanmış formada təqdim edilməlidir);
5. Fiziki şəxs olan vergi ödəyicisinin fəaliyyət göstərdiyi digər təsərrüfat subyektinin (obyektinin) mülkiyyətçisi qismində onun əri (arvadı), valideyni, övladı, nəvəsi, baba və ya nənəsi çıxış etdiyi halda, aralarında daşınmaz əmlaka münasibətdə bağlanmış əvəzsiz istifadə müqaviləsi və ona əlavə edilmiş aşağıdakı sənədlərin surəti (notarial qaydada təsdiq edilmiş və ya mülkiyyətçi tərəfindən gücləndirilmiş imza ilə imzalanmış formada təqdim edilməlidir):
5.1. müqavilə ər ilə arvad arasında bağlandıqda nikah şəhadətnaməsi;
5.2. müqavilə övladla valideyn arasında bağlandıqda övladın doğum haqqında şəhadətnaməsi;
5.3. müqavilə baba ilə nəvə arasında bağlandıqda nəvənin və onun valideyninin doğum haqqında şəhadətnaməsi;
5.4. müqavilə nənə ilə nəvə arasında bağlandıqda nəvənin və onun valideyninin doğum haqqında şəhadətnaməsi;
5.5. müqavilə qardaş (bacı) ilə bacı (qardaş) arasında bağlandıqda hər ikisinin doğum haqqında şəhadətnaməsi.
6. Vergi ödəyicisinin mülkiyyətində olan tikili, torpaq sahəsində və ya həyətyanı təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlər üzrə, əgər onların ayrıca mülkiyyəti təsdiq edən sənədi olmadıqda (aşağıda qeyd olunan sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri):
6.1. mənzil tikinti kooperativi ilə bağlanılmış alqı-satqı müqaviləsi və maliyyə arayışı (müqavilələr notarial qaydada təsdiq edilmiş və ya mülkiyyətçi tərəfindən gücləndirilmiş imza ilə imzalanmış formada təqdim edilməlidir);
6.2. daşınmaz əmlakın texniki pasportu;
6.3. yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş qərar, sərəncam və ya həmin sənədlərdən çıxarış;
6.4. bələdiyyə tərəfindən verilmiş qərar, sərəncam və ya həmin sənədlərdən çıxarış;
6.5. yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş tikintiyə icazə sənədi;
6.6. səlahiyyətli dövlət qurumu tərəfindən təsdiq edilmiş eskiz layihəsi;
6.7. sovxozlar (məsələn: Südçülük sovxozu, Donuzçuluq sovxozu) tərəfindən verilmiş arayış
6.8. işğaldan azad olunmuş ərazilər üzrə A R Prezidentinin xüsusi nümayəndəliyinin razılığı
7. daşınar digər təsərrüfat subyektinin (obyektinin) mülkiyyət hüququnu təsdiq edən sənədi olmadıqda:
7.1. alqı-satqı müqaviləsi;
7.2. yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş daşınar əmlaka istifadə hüququnu təsdiq edən sənəd;
7.3. elektron-qaimə faktura;
7.4. daşınar əmlakın texniki pasportu (texniki pasportda qeyd edilən şəxslə müraciət edən şəxs fərqli olduğu halda, daşınar əmlakla əlaqədar zəruri səlahiyyətlərin (sərəncam, icarə, istifadə) müraciət edən şəxsə verilməsi ilə bağlı etibarnamə və ya icarə müqaviləsi təqdim edilir).

Normativ hüquqi əsaslar

- VM-nin 33-34-cü maddələri;
- VN-nin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
- DVX-nın 28.02.2024-cü il tarixli 2417040100185500 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”

Xidmətin göstərildiyi yer və ya platforma

təsərrüfat subyektinin yerləşdiyi yer üzrə vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), ünvanlı xidmət zamanı

Müraciəti qəbul edən struktur bölmə

təsərrüfat subyektinin yerləşdiyi yer üzrə MGBİ-nin İqtisadi təhlil və uçota nəzarət idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, BŞOVNUTBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin, Naxçıvan MR DVX-nin ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri

İcra müddəti

2 iş günü DVX-nın 28.02.2024-cü il tarixli 2417040100185500 nömrəli əmrinin 11-ci hissəsinə əsasən Qaydaların təbiqi üçün proqram təminatında müvafiq texniki imkanlar yaradıldıqdan sonra icra müddəti: 8 iş günü

Nəticədə təqdim edilən sənədlər

- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış

(elektron kabinetə göndərilir)
(Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)

Elektronlaşdırma səviyyəsi

Qismən elektronlaşıb
(bax 1.2.8-e-m nömrəli xidmətə)