← Bütün standartlar
1.3-e.

Nəzarət-kassa aparatının uçota alınması(yalnız e-kassa operatoru üçün)

Tələb olunan sənədlər

- Gücləndirilmiş elektron imza
- “NKA-nın qeydiyyata alınması haqqında ərizə”
- e-kassa istifadəçisi ilə e-kassa operatoru arasında bağlanmış müqavilənin PDF formatı
- e-kassanın təsərrüfat subyektində (obyektində) quraşdırılması üçün onun NMQ-sinə (nəzarət mexanizmi qurğusuna) göndərilmiş sertifikat faylının yazılması barədə Akt (e-kassa operatorunun İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə sertifikat faylı göndərildikdən sonra)

Normativ hüquqi əsaslar

- VM-nin 16.1.8 və 24.1.6-cı maddələri
- NK-nın 14.02.2019-cu il tarixli 52 nömrəli “AR VN-nin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında” Qərarı
- NK-nın 01.08.2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “NKA aparatının istismarı Qaydaları”

Xidmətin göstərildiyi yer və ya platforma

e-kassa.gov.az

Müraciəti qəbul edən struktur bölmə

DVX-nin Aparatının Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi

İcra müddəti

sistem tərəfindən emal müddəti və prosedurların yerinə yetirilməsi müddəti nəzərə alınmaqla

Nəticədə təqdim edilən sənədlər

“NKA-nın qeydiyyat vərəqəsi”
(e-kassa istifadəçisinin elektron kabinetinə göndərilir (e-kassanın istifadəçisi aktı gücləndirilmiş elektron imza ilə təsdiq etdikdən sonra)

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb

Rəsmi keçid (URL)

Rəsmi keçidə bax ↗