← Bütün standartlar
1.2.5.

Fiziki şəxsin uçota alınması

Tələb olunan sənədlər

- “Fiziki şəxsin uçotu haqqında ərizə”
- şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti
- ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti
- 18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə müraciət edənin şəxsiyyət
vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı
- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)
- torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin (aktın, şəhadətnamənin, qeydiyyat vəsiqəsinin) və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti (torpaq mülkiyyətçilərinə münasibətdə)
- bələdiyyə orqanlarında təsərrüfatın uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqənin surəti (ailə kəndli təsərrüfatının başçısına münasibətdə)

əlavə olaraq təqdim edilə bilər:
- “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə”

Normativ hüquqi əsaslar

- VM-nin 33-34-cü maddələri
- MM-nin 28-ci maddəsi
- VN-nin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Xidmətin göstərildiyi yer və ya platforma

ərazi (torpaq mülkiyyətçilərinə və ailə kəndli təsərrüfatlarına münasibətdə torpağın yerləşdiyi ərazi) prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla),
KOB evləri, ərazi prinsipi nəzərə alınmamaqla “ASAN Xidmət” mərkəzləri

Müraciəti qəbul edən struktur bölmə

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla), “ASAN Xidmət” mərkəzləri

İcra müddəti

- 1 gün - xidmət mərkəzində və “ASAN Xidmət” mərkəzlərində emal olunduqda: emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Nəticədə təqdim edilən sənədlər

- Fiziki şəxsin uçotu haqqında şəhadətnamə

(elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)

Elektronlaşdırma səviyyəsi

İnternet Vergi İdarəsi Portalı vasitəsilə - tam elektronlaşıb
İN-nin Çağrı Mərkəzi (195) vasitəsilə qismən elektronlaşıb (bax 1.2.5-e-m nömrəli xidmətə)
(media subyektləri istisna olmaqla)