← Bütün standartlar
1.2.4.
Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması
Tələb olunan sənədlər
- “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında ərizə”
- müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnamənin surəti
- rəhbərin təyin olunmasını təsdiq edən sənədin surəti
- hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) ünvanını təsdiq edən sənədin surəti
- rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti
- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi
- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

Normativ hüquqi əsaslar
- VM-nin 33-34-cü maddələri
- VN-nin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
- VN-nin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
Xidmətin göstərildiyi yer və ya platforma
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla)
Müraciəti qəbul edən struktur bölmə
ərazi prinsipi nəzərə alınmaqla BŞOVNUTBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin, Naxçıvan MR DVX-nin ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri
İcra müddəti
1 gün
Nəticədə təqdim edilən sənədlər
- Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə (elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)