← Bütün standartlar
1.1.1.
Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması
Tələb olunan sənədlər
- notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və təsisçi fiziki şəxs olduqda “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” və/və ya təsisçi hüquqi şəxs olduqda “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə
- müşahidə şurası nizamnamədə nəzərdə tutulmuşdursa, “Müşahidə şurasının üzvləri barədə məlumat” (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə)
- qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərarlar
- qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi
- təsisçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti
- təsisçi hüquqi şəxs olduqda, dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla)
- təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər - qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)
- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti
- MMC-nin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla, nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi və s.)
- “nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi
- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) (“ASAN Xidmət” mərkəzlərində quraşdırılmış Asan Pay ödəniş terminalları vasitəsilə ödənildikdə qəbzin təqdim edilməsi tələb olunmur)
- özəl təhsil müəssisəsi yaradıldıqda, nizamnaməyə dair Təhsil Nazirliyinin rəyi
- bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda, müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd
- KOB klaster şirkəti qeydiyyata alındıqda, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubu
- idarəçiliyində olmayan, lakin dövlət payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy
- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə) (Qeyd: hər bir təşkilati-hüquqi formaya müəyyən edilmiş tələblərə (nizamnamə kapitalı, təsisçilərin sayı, idarəetmə orqanlarına olan tələblər və s.) riayət edilməlidir.)
- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti
əlavə olaraq təqdim edilə bilər:
- “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə”

Normativ hüquqi əsaslar
- VM-nin 33-34-cü maddələri
- MM-nin 43-113-cü maddələri
- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun
- “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri
- “Təhsil haqqında” 19.06.2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunun 29.0.16-cı maddəsi
- “AR-nın MM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14.12.2016-cı il tarixli 1153 nömrəli Fərmanının 3.3.2-ci yarımbəndi
- DVX-nin 04.04.2022-ci il tarixli 2217040100297300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”
-VN-nin “Kommersiya qurumlarının dövlət qeydiyyatı üzrə səlahiyyətlərin dəqiqləşdirilməsi barədə” 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli və 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer və ya platforma
ərazi prinsipi nəzərə alınmaqla ƏVBİ-nin və ƏVİ-nin, Naxçıvan MR DVX-nin ƏVİ-nin inzibati binalarında yerləşən (“ASAN Xidmət” mərkəzləri yerləşdiyi inzibati ərazi vahidləri istisna olmaqla) vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları, maliyyə- sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), Naxçıvan MR DVX-nin Aparatının Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsi (Naxçıvan MR DVX-nin ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatlarına münasibətdə)
KOB evləri (ərazilərdə yerləşən KOB evləri üzrə xarici investisiyalı kommersiya hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları, maliyyə- sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), ərazi prinsipi nəzərə alınmamaqla “ASAN Xidmət” mərkəzləri

Müraciəti qəbul edən struktur bölmə
ərazi prinsipi nəzərə alınmaqla ƏVBİ-nin və ƏVİ-nin, Naxçıvan MR DVX-nin ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri (xarici investisiyalı kommersiya hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVBİ-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), Naxçıvan MR DVX-nin Aparatının Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsi (Naxçıvan MR DVX-nin ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatlarına münasibətdə)
İcra müddəti
2 iş günü
Nəticədə təqdim edilən sənədlər
- Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə
- nizamnamənin bir nüsxəsi
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarış
(elektron kabinetə göndərilir)

Elektronlaşdırma səviyyəsi
Yenidən təşkil nəticəsində yaranma halları, təhsil müəssisələri və media subyektləri istisna olmaqla, MMC-lər üçün tam elektronlaşıb (bax 1.1.1-e nömrəli xidmətə)