← Bütün standartlar
1.1.2.

Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması

Tələb olunan sənədlər

- notariat qaydasında təsdiq olunmuş “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”
- notariat qaydasında təsdiq olunmuş “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə”
- müşahidə şurası nizamnamədə nəzərdə tutulmuşdursa, “Müşahidə şurasının üzvləri barədə məlumat” (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə)
- qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə “Publik hüquqi şəxslər haqqında” Qanunda müəyyən olunmuş qaydada təsdiq edilmiş qərarlar
- dövlət adından yaradılan publik hüquqi şəxsin AR Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxədə)
- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti
- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) (“ASAN Xidmət” mərkəzlərində quraşdırılmış Asan Pay ödəniş terminalları vasitəsilə ödənildikdə qəbzin təqdim edilməsi tələb olunmur)
- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda, etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti

Normativ hüquqi əsaslar

- “Publik hüquqi şəxslər haqqında” 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun
- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 5-ci və 8-1-ci maddələri
- “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20-ci və 20-1-ci maddələri
- “Publik hüquqi şəxslər haqqında” AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında” AR Prezidentinin 03.02.2016-cı il 759 nömrəli Fərmanının 2.2-ci bəndi
- “AR-nın MM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14.12.2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci yarımbəndi
- DVX-nin 04.04.2022-ci il tarixli 2217040100297300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

Xidmətin göstərildiyi yer və ya platforma

ərazi prinsipi nəzərə alınmaqla MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin, Naxçıvan MR DVX-nin ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri

Müraciəti qəbul edən struktur bölmə

ərazi prinsipi nəzərə alınmaqla MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin, Naxçıvan MR DVX-nin ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri

İcra müddəti

2 iş günü

Nəticədə təqdim edilən sənədlər

- Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə
- nizamnamənin bir nüsxəsi
- Publik hüquqi şəxsin dövlət reyestrindən çıxarış

(elektron kabinetə göndərilir)

Elektronlaşdırma səviyyəsi

-