← Bütün standartlar
1.2.7.

Vergi ödəyicisinin (hüquqi şəxsin) filialının və ya nümayəndəliyinin olduğu yer üzrə uçota alınması

Tələb olunan sənədlər

- “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə”
- filialın və ya nümayəndəliyin əsasnaməsinin surəti
- rəhbərin təyin edilməsi barədə qərarın (əmrin) surəti
- rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti
- filialın və ya nümayəndəliyin fəaliyyət göstərdiyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə (subicarə) müqaviləsinin və ya istifadə hüququnu təsdiq edən digər sənədin) surəti
- bank və digər ödəniş hesablarını açmaq və aparmaq hüququ olan kredit və elektron pul təşkilatlarına və poçt rabitəsinin milli operatoru və ya onların filialları uçota alındığı zaman fəaliyyətin həyata keçirilməsi üçün AR Mərkəzi Bankı tərəfindən verilmiş icazə sənədinin surəti
- sənədlər səlahiyyətli şəxs tərəfindən təqdim edildikdə ona verilmiş etibarnamənin surəti

Normativ hüquqi əsaslar

- VM-nin 33-34-cü maddələri
- VN-nin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
- DVX-nın 28.02.2024-cü il tarixli 2417040100185500 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”

Xidmətin göstərildiyi yer və ya platforma

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün)

Müraciəti qəbul edən struktur bölmə

ərazi prinsipi nəzərə alınmaqla MGBİ-nin İqtisadi təhlil və uçota nəzarət idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, BŞOVNUTBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin, Naxçıvan MR DVX-nin ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri

İcra müddəti

2 iş günü

Nəticədə təqdim edilən sənədlər

- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış (elektron kabinetə göndərilir)
(Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)

Elektronlaşdırma səviyyəsi

Qismən elektronlaşıb
(bax 1.2.7-e-m nömrəli xidmətə)