← Bütün standartlar
1.2.8-e-m.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı

Tələb olunan sənədlər

- Gücləndirilmiş elektron imza

-təsərrüfat subyektinin (obyektinin) ünvanını təsdiq edən aşağıdakı hallara uyğun sənədlərdən birinin surəti əlavə edilir (PDF formatında):
1. Mülkiyyət hüququnu təsdiq edən sənəd:
1.1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
1.2. 2006-cı il iyulun 6-dək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar (notarial qaydada təsdiq edilmiş surətləri);
1.3. 2006-cı il iyulun 6-dək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqəsi (şəhadətnamə) (notarial qaydada təsdiq edilmiş surətləri);
1.4. Mənzil Məcəlləsi qüvvəyə minənədək mənzilə verilmiş order (notarial qaydada təsdiq edilmiş surətləri);
1.5. əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan digər sənədlər (notarial qaydada təsdiq edilmiş surətləri).
2. Vərəsəlik şəhadətnaməsi və ya vərəsə təyin olunma barədə müvafiq notariusun sənədi (notarial qaydada təsdiq edilmiş surətləri).
3. İcarə və ya subicarə müqaviləsi (müqavilələr notarial qaydada təsdiq edilmiş və ya mülkiyyətçi tərəfindən gücləndirilmiş imza ilə imzalanmış formada təqdim edilməlidir);
4. Birgə fəaliyyət müqaviləsi (müqavilələr notarial qaydada təsdiq edilmiş və ya mülkiyyətçi tərəfindən gücləndirilmiş imza ilə imzalanmış formada təqdim edilməlidir);
5. Fiziki şəxs olan vergi ödəyicisinin fəaliyyət göstərdiyi digər təsərrüfat subyektinin (obyektinin) mülkiyyətçisi qismində onun əri (arvadı), valideyni, övladı, nəvəsi, baba və ya nənəsi çıxış etdiyi halda, aralarında daşınmaz əmlaka münasibətdə bağlanmış əvəzsiz istifadə müqaviləsi və ona əlavə edilmiş aşağıdakı sənədlərin surəti (notarial qaydada təsdiq edilmiş və ya mülkiyyətçi tərəfindən gücləndirilmiş imza ilə imzalanmış formada təqdim edilməlidir):
5.1. müqavilə ər ilə arvad arasında bağlandıqda nikah şəhadətnaməsi;
5.2. müqavilə övladla valideyn arasında bağlandıqda övladın doğum haqqında şəhadətnaməsi;
5.3. müqavilə baba ilə nəvə arasında bağlandıqda nəvənin və onun valideyninin doğum haqqında şəhadətnaməsi;
5.4. müqavilə nənə ilə nəvə arasında bağlandıqda nəvənin və onun valideyninin doğum haqqında şəhadətnaməsi;
5.5. müqavilə qardaş (bacı) ilə bacı (qardaş) arasında bağlandıqda hər ikisinin doğum haqqında şəhadətnaməsi.
6. Vergi ödəyicisinin mülkiyyətində olan tikili, torpaq sahəsində və ya həyətyanı təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlər üzrə, əgər onların ayrıca mülkiyyəti təsdiq edən sənədi olmadıqda (aşağıda qeyd olunan sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri):
6.1. mənzil tikinti kooperativi ilə bağlanılmış alqı-satqı müqaviləsi və maliyyə arayışı (müqavilələr notarial qaydada təsdiq edilmiş və ya mülkiyyətçi tərəfindən gücləndirilmiş imza ilə imzalanmış formada təqdim edilməlidir);
6.2. daşınmaz əmlakın texniki pasportu;
6.3. yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş qərar, sərəncam və ya həmin sənədlərdən çıxarış;
6.4. bələdiyyə tərəfindən verilmiş qərar, sərəncam və ya həmin sənədlərdən çıxarış;
6.5. yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş tikintiyə icazə sənədi;
6.6. səlahiyyətli dövlət qurumu tərəfindən təsdiq edilmiş eskiz layihəsi;
6.7. sovxozlar (məsələn: Südçülük sovxozu, Donuzçuluq sovxozu) tərəfindən verilmiş arayış
6.8. işğaldan azad olunmuş ərazilər üzrə A R Prezidentinin xüsusi nümayəndəliyinin razılığı
7. daşınar digər təsərrüfat subyektinin (obyektinin) mülkiyyət hüququnu təsdiq edən sənədi olmadıqda:
7.1. alqı-satqı müqaviləsi;
7.2. yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş daşınar əmlaka istifadə hüququnu təsdiq edən sənəd;
7.3. elektron-qaimə faktura;
7.4. daşınar əmlakın texniki pasportu (texniki pasportda qeyd edilən şəxslə müraciət edən şəxs fərqli olduğu halda, daşınar əmlakla əlaqədar zəruri səlahiyyətlərin (sərəncam, icarə, istifadə) müraciət edən şəxsə verilməsi ilə bağlı etibarnamə və ya icarə müqaviləsi təqdim edilir).

Normativ hüquqi əsaslar

- VM-nin 33 və 34-cü maddələri
- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.15-ci bəndi
- DVX-nın 28.02.2024-cü il tarixli 2417040100185500 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”
- VN Kollegiyasının 03.09.2014-cü il tarixli 1417050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödәyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı” elektron xidməti üzrә inzibati reqlament”

Xidmətin göstərildiyi yer və ya platforma

İnternet Vergi İdarəsi (www.new.e-taxes.gov.az)

Müraciəti qəbul edən struktur bölmə

DVX-nin Aparatının Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi

İcra müddəti

2 iş günü DVX-nın 28.02.2024-cü il tarixli 2417040100185500 nömrəli əmrinin 11-ci hissəsinə əsasən Qaydaların təbiqi üçün proqram təminatında müvafiq texniki imkanlar yaradıldıqdan sonra icra müddəti: 8 iş günü

Nəticədə təqdim edilən sənədlər

- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış

Elektronlaşdırma səviyyəsi

Qismən elektronlaşıb

Rəsmi keçid (URL)

Rəsmi keçidə bax ↗