← Bütün standartlar
1.2.3.

Xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotuna alınması

Tələb olunan sənədlər

- “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə”
- qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və onun təsisçisi (təsisçiləri) olan xarici hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı yolla paya malik fiziki şəxslər barədə məlumatın da daxil olduğu ticarət reyestrindən çıxarış, xarici dövlətin rezidentinin səlahiyyətli orqanının AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı, təsis sənədləri, rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)
- AR-da hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər)
- bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti
- AR-da daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə DVX tərəfindən müəyyən edilən forma üzrə məlumat
- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi
- ərizəyə əlavə edilən sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiqlənmiş tərcümələri
- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

Normativ hüquqi əsaslar

- VM-nin 33-34-cü maddələri
- VN-nin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer və ya platforma

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla)

Müraciəti qəbul edən struktur bölmə

ərazi prinsipi nəzərə alınmaqla BŞOVNUTBİ-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVBİ-nin və ƏVİ-nin, Naxçıvan MR DVX-nin ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri

İcra müddəti

1 gün

Nəticədə təqdim edilən sənədlər

- VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə (elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir)

Elektronlaşdırma səviyyəsi

-