Azərbaycan Respublikasının rəsmi dövlət platforması olan rəsmi vebsaytları necə tanımaq olar?
“Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşdə Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivlərini və prioritet inkişaf istiqamətlərini vurğuladıq.
Birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlarla işbirliyi imkanları, ticarət, sənaye, süni intellekt və digər sahələrdə tərəfdaşlıq, yaşıl enerji layihələrinin həyata keçirilməsi barədə müzakirələr apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.
