Ölkədaxili nağdsız əməliyyatların həcmi 14,5 faiz artıb

3 baxış 2 dəqiqə oxu

2026-cı ilin iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 10,4 faiz artaraq 22 milyon 798 min ədəd təşkil…

2026-cı ilin iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 10,4 faiz artaraq 22 milyon 798 min ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ödəniş kartlarında debet kartlarının sayı 12 faiz artıb, kredit kartlarının sayı isə 3,5 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.

2026-cı ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,902 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,575 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,325 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.

Diqqət!

Bu məlumat yazının dərc edildiyi tarixdə qüvvədə olan qanunvericiliyə əsasən hazırlanmışdır. Dəyişikliklər ola bilər.

Bu xidmət sizə lazımdır?

Vergi məsələlərinizdə bizə etibar edin, peşəkar komandamız sizə kömək etməyə hazırdır.

Məqaləni paylaşın: f in W
Faydalı oldu?
vergi-portal.az

vergi-portal.az

Rəsmi mənbələrə əsaslanan məlumatların düzgün və operativ şəkildə təqdim edilməsi üçün çalışırıq.

Bütün yazıları
Reklam sahəsi Sizin reklam burada yerləşə bilər 970 × 250